“Mançester Siti” Ture qardaşlarını qovuşdurdu
02.07.2010 - 17:04
İngiltərənin “Mançester Siti” klubu DÇ-2010-un daha bir iştirakçısını transfer edib. Apasport.az saytının məlumatına görə, Mançester təmsilçisi İspaniya yığmasının yarımmüdafiəçisi David Silvanın ardınca, Kot D’İuvar millisinin orta sahə oyunçusu Yaya Turenin keçidini rəsmən açıqlayıb.
“Barselona” ilə yollarını ayıran 28 yaşlı afrikalı yeni klubu ilə 5 illik müqavilə imzalayıb. Ture 2007-ci ildən çıxış etdiyi Kataloniya təmsilçisində İspaniya çempionluğu, kuboku, Superkuboku, Çempionlar Liqası, UEFA Superkubokunu və klublararası dünya çempionluğunu qazanıb.
Qeyd edək ki, “Mançester Siti” Yayanı almaqla Ture qardaşlarını qovuşdurdu. Onun böyük qardaşı Kolo Ture ötən yay “Arsenal”dan bu komandaya keçib.

- “Fənərbaxça”da İsmail Kartal dönəmi başa çatdı - RƏSMİ - YENİLƏNİB
- "Fənərbaxça"dan sonra “Qalatasaray” da açıqlama yaydı: “Sonda yenə yaxşılar qalib gələr”
- “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
0
0