“Gəncə” növbəti transferini reallaşdırdı
02.07.2010 - 18:05
“Kənan Kərimovla danışıqlarımız yekunlaşıb. Onunla 1 il müddətini əhatə edən müqavilə imzalamışıq. Futbolçu gələn həftədən etibarən komandanın hazırlığına qoşulacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun prezidenti Elmir Əliyev deyib.
I divizionun qalibi olan və 4 illik fasilədən sonra yenidən Premyer Liqada mübarizə aparacaq “Gəncə” hazırlığını davam etdirir. Gündə iki dəfə məşq edən Fuad İsmayılovun drujinası dünən ikitərəfli oyun keçirib. Murad Ağakişiyev və Ramal Hüseynovu da heyətinə qatan əyalət təmsilçisi bir neçə futbolçunun keçidində də maraqlıdır. Onlardan biri “İnter”dən ayrılan və hazırda klubsuz qalan Xəyal Mustafayev ola bilər: “Xəyal Mustafayevlə görüşümüz olub. Öz şərtlərimizi irəli sürmüşük. Hələlik razılıq əldə edilməyib. Ancaq danışıqlar davam etdiriləcək. Ondan başqa, transferində maraqlı olduğumuz futbolçular var. Lakin həmin oyunçuların öz klubları ilə müqaviləsi var”.
Qeyd edək ki, “Gəncə” iyulun 10-da Türkiyəyə təlim-məşq toplanışına yollanacaq.

0
0