“Turan” Latviyaya gedəcək
02.07.2010 - 18:16
Tovuzun “Turan” klubu uzun fasilədən sonra xaricdə təlim-məşq toplanışı keçəcək. Komandanın rəisi İman Həsənov apasport.az saytına açıqlamasında Türkiyə, Gürcüstan və Latviya arasında seçim etdiklərini bildirib.
İmanov üstünlüyü Baltikyanı ölkəyə verdiklərini bildirib: “Hazırlığın 3-cü mərhələsini ölkə xaricində keçirmək niyyətindəyik. Latviyaya gedəcəyimiz tarix də dəqiqləşib. İyulun 17-də səfərə çıxıb, Riqa şəhərində məskunlaşacağıq. Orada təxminən iki həftəyə yaxın təlim-məşq toplanışı keçirəcəyik. Təbii ki, əsas məqsədimiz bir neçə yoxlama oyunu keçirmək olacaq. Rəqiblərdən artıq birinin adı dəqiqləşib. İlk oyunumuzu “Dauqava”ya qarşı keçirəcəyik. Digər iki rəqibimizin kimliyi dəqiqləşməyib. Artıq səfərlə bağlı son təşkilati işləri görürük”. “Dauqava” davam edən Latviya çempionatında 11 oyundan sonra 19 xal toplayıb və 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, vaxtilə ABŞ-a səfər edən “Turan”ın xaricdə son hazırlıq keçdiyi məkan Türkiyənin Antalya şəhəri olub.

0
0