Maksim Medvedev: Sevdiyim qız mənə bəsdir
03.07.2010 - 23:01
Azərbaycan yığmasının və Ağdamın “Qarabağ” klubunun futbolçusu Maksim Medvedevin apasport.az saytına müsahibəsi
- Boş vaxtlarınızı necə keçirirsiniz?
- Elə də boş vaxtım olmur. Məşqlərdə iştirak edirəm, qayıdanda da yorğun oluram. Çalışıram ki, maksimum dincəlim və oyunlara hazır olum. Vaxtım olanda, başqa sahələrə diqqət yetirməyə çalışıram. Çünki futbolla çox məşğul olanda, insan yorulur. Dostlarımla görüşürəm, futboldan kənar mövzularda söhbət edirik. Kafeyə, bəzən isə dəniz kənarına gedirik. İstəyirəm ki, beynim dincəlsin.
- Bu yaşda boş vaxtın olmamasından gileylənmək bir qədər qəribə səslənir.
- Düzdür, kənardakılar deyir ki, buna bax, cavan oğlandır amma dincəlməyə vaxt ayırmır. Digər yandan dincəlmək üçün gərək yaxşı pulun olsun. Yoxsa cibində bir qəpik olmadığı halda, bütün günü avaraçılıq etmək düzgün deyil.
- Bu gün Maksimin dincəlmək üçün yaxşı pulu varmı?
- İstirahət etməyə yetəcək qədər pulum var. Ancaq istəyirəm, həmişə pulum olsun. Çalışıram ki, pulu düzgün xərcləyim. Bunu özüm qazanıram, əziyyət çəkirəm. Ona görə də pulun qədirini bilirəm.
- Qazancınız sizi qane edirmi?
- Gənc yaşında az insan ola bilər ki, bu qədər pul qazansın. Bu böyük məbləğdir. Ancaq özümdən asılıdır, istəsəm daha çox qazana bilərəm.
- Bəs niyə qazanmırsınız?
- Hazırkı qazancım mənə yetir. Yaxşı pul qazanmaq üçün gərək xarici klublarda oynayasan. Bunun üçün də yaxşı oynayıb, ad çıxarmaq lazımdır. Bunu bacarsan, pul özü gələcək.
- Bayaq kafeyə, dənizə getdiyinizi dediniz. Tək gedirsən, yoxsa tanışlarla?
- İstədiyim qızla da və dostlarımla gedirəm. Vəziyyətə baxır, bəzən evdəkilərlə və qonşularla da gedirəm.
- Qız dostlarınız çoxdurmu?
- Dost deməzdim, tanışlarım var. Bir-birimizə işimiz düşəndə kömək əlimizi uzadırıq. Çox qızlara baş qoşmuram. Öz sevdiyim qız var, o da mənə bəs edir.
- Onunla evlənməyi düşünürsünüz?
- Bəli, çox xoşuma gəlir, onu istəyirəm. Gələcəkdə ailə qurmağı düşünürəm.
- Milliyətcə rus olsanız da, Azərbaycan dilində çox azərbaycanlı futbolçudan yaxşı danışırsınız. Bu nədən irəli gəlir?
- Böyüdüyüm məhəllədə azərbaycanlı uşaqlar çoxdur. Uşaq yaşlarımdan onlarla oturub-durmuşam, ünsiyyət qurmuşam. Onlara qulaq asa-asa Azərbaycan dilini öyrəndim. Məktəbdə də çox vaxt Azərbaycanlı futbolçularla oturub dururdum.
- Nədənsə bizim yerli uşaqlar çox vaxt rus dilində danışmağa çalışırlar.
- Ola bilsin, əhatəsində yer alan insanların əksəriyyəti rus dilində danışır. Buna görə də onlara baxıb rus dilində danışırlar. Həm də Bakıda yaşadıqlarına görə, fikirləşirlər ki, yəqin hamısı rus dilini bilir. Ona görə də bu dildə danışmağa üstünlük verirlər. Bəlkə də fikirləşirlər ki, rus dilində danışmaq insanın yüksək səviyyəyə malik olmasından xəbər verir.
- Yəni hər bir vətəndaş ana dilini daha yaxşı bilməyə borcludur...
- Əlbəttə, hər vətəndaş birinci ana dilini bilməlidir. Daha sonra hansı dili istəsə, əlavə olaraq öyrənə bilər.
- Bildiyimizə görə, ən yaxın dostunuz Vaqif Cavadovdur. Onunla əlaqə saxlayırsınızmı?
- “Qarabağ” – “Metallurq” oyunu gedə-gedə danışırdıq. O da yoxlama oyununa gedirdi. Daim əlaqə saxlayırdıq. Bizə uğurlar arzuladı, mən də ona. Hər gün danışırıq.
- Gələcəkdə Vaqif kimi Hollandiyada legioner həyatı yaşamağı istəyirsinizmi?
- Planım var. Tək Hollandiya olmasın, başqa ölkə olsun. Sadəcə, “Qarabağ”la müqaviləm gələn ilin yayında başa çatacaq. Bundan sonra fikirləşməyə dəyər.
- Təklif varmı?
- Var, ad çəkmək istəmirəm.
- Bəs dostlarla görüşəndə hansı mövzuda söhbət etməyi xoşlayırsınız?
- Müxtəlif mövzularda-futbol, biznes, maşın markaları və s. danışırıq.
- Futboldan başqa, maraq göstərdiyiniz sahə varmı?
- Avtomobil dünyası haqqında danışmağı xoşlayıram. Maşınların strukturu ilə maraqlanıram.
- Bəyəndiyiniz avtomobil markası hansıdır?
- “Ferrari” həvəskarıyam. Ancaq bu maşını Azərbaycanda sürmək mümkün deyil. Hazırda “Range Rovers”i xoşlayıram
- Nə vaxtsa avtopilot olmaq istəmisinizmi?
- Sürəti xoşlayıram. Əvvəllər BMV markalı avtomobilim var idi. Onun sükanı arxasına keçəndə, özümü Şumaxerə bənzədirdim. Uşaqlıq edirdim, qırmızı işıqda yol keçirdim, maşını sürətlə idarə edirdim. Bəzən sürət “200”-ə çatırdı. Həyatımla oynayırdım. Sonra fikirləşdim, bunun yaxşı sonluqla bitməyəcəyini düşündüm. Həm də tez-tez qayda pozuntusuna yol verirdim. Buna görə də DYP-nin əməkdaşları saxlayırdı. Onlarla aram heç vaxt yaxşı olmayıb.
- Ancaq kəmərdən istifadə təhlükəsizlik üçün nəzərdə tutulub.
- Şəhər daxilində buna ehtiyac yoxdur. Lakin başqalarına kəmərdən istifadə etməyi məsləhət görürəm.
- Filmləri necə, izləyirsinizmi?
- Əlbəttə, bir də qaydasız döyüşlərə baxıram.
- Özünüzü hansısa film qəhrəmanına bənzətmisiniz?
- Bəlkə olub, amma indi yadımda deyil. Hərdən olub ki, hansısa aktyoru mənə oxşadıblar. Məsələn, məktəb vaxtı Leanardo di Kaprio, Bred Pit kimi aktyorlara bənzədirdilər.

0
0