Qardaş derbisində qollu heç-heçə
03.07.2010 - 21:55
Bu gün “Neftçi” Türkiyənin məşhur “Beşiktaş” klubu ilə yoldaşlıq görüşü keçirilib. Apasport.az saytının məlumatına görə, komandamızın “Qara Qartallar”la yoxlama oyunu Avstriyadakı təlim-məşq toplanışında baş tutub.
Artıq xeyli müddətdir orada hazırlıq keçən “Beşiktaş” mövsümlərası fasilədə ilk görüşündə bakılılarla üzləşib. Bununla da almaniyalı mütəxəssis Bernd Şuster İstanbul təmsilçisinin baş məşqçi postunda ilk oyununu “ağ-qaralar”a qarşı keçirib.
“Beşiktaş”ın prezidenti Yıldırım Dəmirörən də görüşü Avstriyada izləyənlər arasında olub. Heyətinə bir sıra yeni futbolçular cəlb edən “Neftçi” üçün belə tanınmış komanda, güclü rəqiblə yoxlama oyunu yaxşı bir sınaq olub.
Gərgin mübarizə şəraitində keçən görüşdə Ruslan Abışov hesabı açsa da, matçın başa çatmasına 7 dəqiqə qalmış Erkan Kaş bərabərlik qolunu vurub.
“Neftçi” – “Beşiktaş” - 1:1
QOLLAR: Ruslan Abışov, 24 - Erhan Kaş, 83

0
0