Bernd Şuster: “Neftçi” bizim oyun qurmağımıza imkan vermədi
03.07.2010 - 23:11
“Rəqib çox gözəl təsir bağışladı. Komanda gənclərdən qurulsa da, bir-birini lazımınca başa düşürdülər. Onlar topa yaxşı nəzarət etdiklərindən, oyun qurmaqda çətinlik çəkdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avstriyada təlim-məşq toplanışı çərçivəsində “Neftçi” ilə qarşılaşmadan sonra “Beşiktaş” klubunun almaniyalı baş məşqçisi Bernd Şuster deyib.
İstanbul təmsilçisinin baş məşqçi postunda ilk oyununu “ağ-qaralar”a qarşı keçirən mütəxəssis bildirib ki, komandasının hücum xəttində ciddi problemlər var və növbəti oyunlarda bunu aradan qaldırmağa çalışacaq: “Azərbaycan klubu ilə oyun gərgin və qarşılıqlı hücumlar şəraitində keçdi. Lakin bu qarşılaşma göstərdi ki “Beşiktaş”ın hücum xəttində problemlər var. İnanıram ki, qarşıdakı görüşlərdə bunu aradan qaldıraraq, uğurlu çıxışla azarkeşlərimizi sevindirəcəyik”.
Qeyd edək ki, “Neftçi” və “Beşiktaş” oyunu 1:1 hesabı ilə başa çatıb.

0
0