Vaqif Cavadov: Yenə ehtiyatda
03.07.2010 - 23:28
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun çıxış etdiyi Hollandiyanın “Tvente” klubu növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Enshede təmsilçisi aşağı dəstədə çıxış edən “Quik-20” ilə qarşılaşıb. Tərəflər arasında razılığa əsasən matçın hər hissəsi 35 dəqiqə davam edib. 70 dəqiqəlik matçda Vaqifin komandası 5:0 hesabı ilə qalib gəlib.
21 yaşlı hücumçumuz bu görüşün iştirakçısı olmayıb. Son 3 yoxlama oyununda yarımhəvəskar rəqiblərə qənim kəsilən Cavadov bu dəfə qol vurmaq imkanı qazanmayıb.
Xatırladaq ki, son 3 oyunda 5 qol vuranadək Cavadov 6 ay “Tvente”nin əsas heyətində həsrət qalmışdı.

0
0