Arif Əsədov “Beşiktaş” klubu ilə oyunda futbolçulardan razı qalıb
03.07.2010 - 23:41
“Komandamız Avstriyaya dünən gecə saatlarında çatdığından, uyğunlaşma prosesi tam həyata keçməmişdi. Bununla belə, oyundan öncə futbolçularla söhbətimdə bildirdim ki, rəqibin ulduz oyunçularından çəkinməsinlər. Uşaqlardan razıyam, onlar mənim tapşırıqlarımı düzgün yerinə yetirdilər”. Apasport.az saytının xəbərinə görə, bunu “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.
Avstriyada toplanışı çərçivəsində Türkiyənin “Beşiktaş” klubunu ilə yoldaşlıq görüşündən sonra gənc çalışdırıcı oyunla bağlı fikirlərini bildirib: “Beşiktaş"la görüşün start heyətində 8 yerli futbolçuya şans vermişdim. Yəni biz 8+3 legioner limitindən deyil, 3+8-dən istifadə etdik. Adlı-sanlı rəqiblə oyunda bir daha göstərdik ki, "Neftçi" gənc və perspektivli futbolçulara malikdir. Son dəqiqələrdə müdafiəçi Denis Silvanın zədələnməsindən sonra qapımızda qol gördük. Həkimlərimizin məlumatına görə, zədə elə də ciddi deyil, amma buna sabah tam aydınlıq gələcək. Yeri gəlmişkən, qarşılaşmadan sonra rəqib komandanın baş məşqçisi Bernd Şuster gözəl oyuna görə məni təbrik etdi. Sabahdan çalışmaları davam etdirərək, boşluqları aradan qaldırmağa çalışacağıq".

- “Fənərbaxça”da İsmail Kartal dönəmi başa çatdı - RƏSMİ - YENİLƏNİB
- "Fənərbaxça"dan sonra “Qalatasaray” da açıqlama yaydı: “Sonda yenə yaxşılar qalib gələr”
- “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
0
0