Azərbaycan çempionu “Lokomotiv”ə qarşı
04.07.2010 - 00:07
Azərbaycan çempionu “Lokomotiv”ə qarşı
Bolqarıstanın Pravets şəhərində təlim-məşq toplanışında olan Bakının “İnter” klubunun növbəti rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, son Azərbaycan çempionu Plovdivin “Lokomotiv” klubu ilə görüşəcək. Bu matç bazar ertəsi, iyulun 5-də baş tutacaq.
Qeyd edək ki, “İnter” Bolqarıstan toplanışında keçirdiyi 5 matçda 3 qələbə qazanıb, 1 heç-heçə edib və 1 dəfə məğlub olub.