Azərbaycan futbolçuları Cənub-Qərb yığmasına qarşı
04.07.2010 - 01:48
Azərbaycan futbolçuları Cənub-Qərb yığmasına qarşı
16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Almaniyada keçirilən turnirə qələbə ilə başlayıb. Apasport.az saytının məlumatına görə, Təbriz Həsənovun yetirmələri Turingen əyalətinin yığma komandası ilə qarşılaşmada almaniyalıların qapısından 4 cavabsız top keçiriblər. Qolları Qurbanəli Əliyev, Ruslan Nəsirli, Namiq Ələsgərov və Kənan Manafov vurublar.

Duysburq şəhərində keçirilən “DFB-Şulerlager” turnirinin ilk turunun ən böyük hesablı qələbəsini qazanan komandamız ikinci oyununda Almaniyanın Cənub-Qərb zonasının yığması ilə üz-üzə gələcək. Bu komanda ilk matçında Cənubi Baden yığmasını 3:1 hesabı ilə məğlub edib.