Cənub-Qərb yığması Azərbaycanla bacarmadı
04.07.2010 - 20:01
16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Almaniyada keçirilən turnirdə ikinci oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, ilk turda Turingen əyalətinin yığmasını 4:0 hesabı ilə məğlub edən Adil Şükürovun yetirmələri bu dəfə Cənub-Qərb zonasının komandası ilə görüşüblər. Futbolçularımız bu görüşdə 1:0 hesabı ilə qalib gəliblər.
İki oyundan sonra hesabında 4 xal (yarışın əsasnaməsinə görə qələbəyə 2 xal verilir) olan yığmamız turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. 22 komandanın mübarizəsində liderliyi isə Niedersahen yığması ələ keçirib. Millimiz Duysburq turnirində III matçını da məhz bu komandaya qarşı keçirəcək.

- “Fənərbaxça”da İsmail Kartal dönəmi başa çatdı - RƏSMİ - YENİLƏNİB
- "Fənərbaxça"dan sonra “Qalatasaray” da açıqlama yaydı: “Sonda yenə yaxşılar qalib gələr”
- “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
0
0