“Qarabağ”ın Sinqapurda şəriki var
04.07.2010 - 20:07
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, planetin 350 ən güclüsü arasında Azərbaycanın 1 təmsilçisi yer alıb. Bu, 70,5 xala malik Ağdamın “Qarabağ” klubudur.
Təmsilçimiz Makedoniyanın “Rabotniçki”, Sinqapurun “Sinqapur Armed Forses” və Kolumbiyanın “Atletiko Medelyin” klubları ilə 289-cu yeri bölüşür. Qurban Qurbanovun yetirmələri ötən ayla müqayisədə 7 pillə irəliləyiblər. Belə ki, onlar İFFHS-ın bir ay əvvəlki sıralamasında 296-cs yerdə idilər.
Qeyd edək ki, dünya klublarının reytinqinə Çempionlar liqasının son iki mövsümünün qalibləri “Barselona” (İspaniya) və “İnter” (İtaliya) başçılıq edirlər. Hesablarında 297 xal olan liderlər üçüncü olan Almaniyanın “Bavariya” klubunu 40 xal arxada qoyurlar.

- “Fənərbaxça”da İsmail Kartal dönəmi başa çatdı - RƏSMİ - YENİLƏNİB
- "Fənərbaxça"dan sonra “Qalatasaray” da açıqlama yaydı: “Sonda yenə yaxşılar qalib gələr”
- “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
0
0