“Bakı” II Bundesliqa klubu ilə “sülh” bağladı
04.07.2010 - 22:04
Yeni mövsümə Almaniyada hazırlaşan “Bakı” klubu növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Vinfred Şaferin yetirmələri II Bundesliqa təmsilçisi “Koblents” ilə qarşılaşıblar. Azərbaycan kubokunun son qalibi matç ərzində iki dəfə hesabda irəli çıxsa da, üstünlüyünü qoruya bilməyib – 2:2.
Jabanın 7-ci dəqiqədə vurduğu qoldan 31 dəqiqə sonra tarazlığı bərpa edən almaniyalılar Fabio Luis Ramimin ikinci yarıda fərqlənməsini də cavabsız qoymayıblar. Şafer bu matçda Marko Şarliya, Dare Nibombe, Mahmud Qurbanov, Ernad Skuliç, Adnan Bərəkət, Vyaçeslav Sofroni, Fabio Luis Ramim, Emin Cəfərquliyev, Aleksey Savinov, Henninq Qrieneysen, Jaba “11-liy”unu ilk dəqiqələrdən meydana buraxıb. Almaniyalı mütəxəssis ikinci hissədə Vadim Borets, Xalidu Sissoko, Bəxtiyar Soltanov, Rafael Əmirbəyov və Cəmşid Məhərrəmova da oynamaq imkanı verib.
Qeyd edək ki, “Bakı” təlim-məşq prosesi çərçivəsində növbəti oyununu iyulun 6-da Lüksemburq çempionu “Jeness”ə qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtıyla saat 22:00-da başlayacaq.

0
0