“Anji”nin baş məşqçisi Mahir Şükürovdan razı qaldı
04.07.2010 - 22:13
Rusiyanın “Anji” klubunun baş məşqçisi Hacı Hacıyev Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovdan razı qalıb. Apasport.az saytının məlumatına görə, rusiyalı mütəxəssis Premyer Liqanın bu gün keçirilən qarşılaşmasından sonra futbolçularının heç birində günah görmür.
Hacıyev Sankt-Peterburqda “Zenit”ə 1:2 hesablı məğlubiyyətdən sonra nə Mahir, nə də yoldaşlarını qınayıb: “Komandamız qınamağa heç bir əsas yoxdur. Biz bacardığımız həddə oynadıq. Göstərdiyimiz oyundan da razıyam. Sadəcə, bu gün “Zenit” həqiqətən də güclüdür”.
Qeyd edək ki, Mahir bu görüşdə start heyətində meydana çıxaraq, uzatma dəqiqələrində əvəzlənib.

- Fatih Tekkenin istefası qəbul edilmədi – “Trabzonspor”da qaldı
- Fatih Tekke İSTEFA VERDİ
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
0
0