“Bakı”da alman futbolçu
04.07.2010 - 22:30
“Bakı”da alman futbolçu
Yeni mövsüm ərəfəsində heyətini formalaşdıran “Bakı” klubu baxışa almaniyalı futbolçu dəvət edib. Apasport.az saytının məlumatına görə, Vinfred Şafer həmyerlisi Henninq Qrieneyseni sınaqdan keçirir. “Koblents”lə bu gün keçirilən yoxlama matçında da meydana çıxan futbolçunun taleyinə yaxın günlərdə aydınlıq gələcək.

26 yaşlı yarımmüdafiəçi “Zalskotten” klubunun yetirməsidir. 13 yaşınadək bu komandada futbolun sirlərinə yiyələnən Henninq 1997-ci ildə “Arminiya”nın seleksiyaçıları tərəfindən ələ keçirilir. Altı il bu klubun uşaq və yeniyetmə komandalarında oynadıqdan sonra o, əvəzedici heyətə cəlb olunur. 2003-05-ci illərdə “Arminiya II”də 24 matç keçirib, 2 qol vuran orta sahə oyunçusu əsas komandada da debüt edib. Lakin onun əsas komandadakı karyerası elə bir matçdan ibarət olur. Həmin oyun “Hannover”lə 2004-cü il sentyabrın 28-ə təsadüf edib. Futbolçu 90-cı dəqiqədə meydana çıxıb.

Növbəti iki ili digər aşağı dəstə təmsilçisi “Holsrteyn Kyel”də keçirən Henninq 42 oyunda 2 qol vurur. 2007-ci ildən “Osnabryuk”da top qovan yarımmüdafiəçi burada 44 qarşılaşmaya çıxaraq, 1 dəfə fərqlənib.

Qeyd edək ki, Henninqin komandası ötən mövsüm 3-cü liqada çempion olaraq, bu ildən II Bundesliqada çıxış etmək hüququ qazanıb.