“Barselona” Qvardiola ilə müqaviləni uzadır
05.07.2010 - 10:43
İspaniyanın “Barselona” futbol klubunun vitse-prezidenti Xosep Mariya Bartomeu baş məşqçi Xosep Qvardiola ilə müqaviləni uzadacaqlarını açıqlayıb. Lent.az-ın “Football365”ə istinadən verdiyi məlumata görə, Bartomeu Qvardiolanın iyunun 30-da başa çatan anlaşmasını dünya çempionatından sonra yeniləyəcəklərini bildirib.
Onun fikrincə, baş məşqçinin özü komandada fəaliyyətini davam etdirməyə razılıq verib. Klub rəhbərliyi uzunmüddətli müqavilə bağlamaq istəsə də, Qvardiola 1 illik anlaşmanın əldə olunmasının tərəfdarıdır.
Qeyd edək ki, “Barseolona”nın baş məşqçi postunda 2 illik fəaliyyəti dövründə Xosep Qvardiola kluba 7 titul qazandırıb.

- “Fənərbaxça”da İsmail Kartal dönəmi başa çatdı - RƏSMİ - YENİLƏNİB
- "Fənərbaxça"dan sonra “Qalatasaray” da açıqlama yaydı: “Sonda yenə yaxşılar qalib gələr”
- “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
0
0