“Onu iki ildir izləyirdik”
05.07.2010 - 11:17
Avropa Liqasının II mərhələsinə adlayacağı təqdirdə “Xəzər-Lənkəran”ın rəqibi olacaq Buxarest “Dinamo”su heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir. Apasport.az saytının xəbərinə görə, Rumıniya təmsilçisi daha bir futbolçu ilə müqavilə imzalayıb. Belə ki, ampluası hücumçu olan Kosmin Alin Nastasi qarşıdakı 5 ildə “Dinamo”nun formasını geyinəcək. 27 yaşlı oyunçu 179 sm boya, 70 kq çəkiyə malikdir. O, əvvəllər “Aqres” klubunun heyətində çıxış edib.
Futbolçunun keçidi ilə bağlı fikirlərini açıqlayan “Dinamo”nun rəsmisi Stefan Mare bunları deyib: “Nastasini iki ildir izləyirdik. Onun haqqında müsbət fikirlər əldə etdik. Fikrimcə, əla transfer oldu”.

- “Fənərbaxça”da İsmail Kartal dönəmi başa çatdı - RƏSMİ - YENİLƏNİB
- "Fənərbaxça"dan sonra “Qalatasaray” da açıqlama yaydı: “Sonda yenə yaxşılar qalib gələr”
- “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
0
0