Araz Abdullayevin İngiltərədə geyinəcəyi forma təqdim olundu - FOTO
05.07.2010 - 11:44
Araz Abdullayevin İngiltərədə geyinəcəyi forma təqdim olundu - FOTO
Azərbaycan yığmasının futbolçusu Araz Abdullayevi transfer edən İngiltərənin “Everton” klubu gələn mövsüm səfər oyunlarında geyinəcəyi yeni formanı təqdim edib. Apasport.az saytının məlumatına görə, Liverpul təmsilçisi keçən mövsüm rəqib meydanında qara rəngli formasında 14 çəhrayı rəngli nazik zolaq var idi. İndiki çəhrayı formada isə döş qəfəsi səviyyəsində tünd göy rəngdə eninə iki zolaq var.

Qeyd edək ki, “Everton”un “Neftçi” transfer etdiyi 18 yaşlı Arazla iki illik müqavilə imzalaması nəzərdə tutulub. 18 yaşlı yarımmüdafiəçimiz Böyük Britaniyada işçi vizasının alınmasını gözləyir.