“Skopyedə qol buraxmamağa çalışacağam”
05.07.2010 - 11:55
“Skopyedə bizi çətin oyun gözləyir. Rəqib zəif komanda deyil. Sadəcə, biz onların səhvlərindən düzgün istifadə etdik. Amma onların da qol vurmaq üçün kifayət qədər imkanı oldu”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun qapıçısı Fərhad Vəliyev deyib.
Avropa Liqasının I mərhələsinin cavab oyunu çərçivəsində “Metallurq”la qarşılaşacaq “Qarabağ” oyunun hazırlığını davam etdirir. Doğma meydanda 4:1 hesabı ilə qələbə qazanan Ağdam təmsilçisi cavab matçında bu üstünlükdən istifadə etmək niyyətindədir. Birinci oyunda rəqib üçün keçilməz olan Vəliyev bu uğurlu oyunu Skopyedə də təkrarlamaq istəyir: “Əlbəttə, qapımı toxunulmaz saxlamağa çalışacağam. Məqsədimiz vətənə qələbə ilə dönməkdir. Birinci oyun ərəfəsinə yüngül zədələrim olsa da, artıq hamısı keçib. Tam gücümlə oynayacağam”.

0
0