“Qarabağ” albaniyalı legionerlərini Makedoniyaya aparmayacaq
05.07.2010 - 12:12
Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində iyulun 8-də Makedoniyada “Metallurq” klubu ilə görüşəcək “Qarabağ” sabah səhər saatlarında səfərə çıxacaq. Apasport.az saytının məlumatına görə, Bakı-İstanbul-Skopye hava reysi ilə səfər edəcək təmsilçimiz Makedoniya paytaxtında “Aleksandr” otelində məskunlaşacaq.
Ağdam təmsilçisi cavab oyununa ciddi itkilərlə yollanacaq. Belə ki, komandanın hər iki albaniyalı futbolçusu cavab görüşündə iştirak etməyəcək. İlk oyunda qırmızı vərəqə alaraq cəza duruma düşən mərkəz müdafiəçisi Admir Telidən başqa, müdafiənin sol cinahında yer alan Ansi Aqolli də “Qarabağ”a kömək edə bilməyəcək.
Buna səbəb Ansinin ilk oyunda zədələnməsidir. Buna görə də hər iki albaniyalı Makedoniyaya aparılmayacaq. Əvəzində zədəli olduğu üçün Bakıda görüşdə meydana çıxa bilməyən Maksim Medvedev, eləcə də belə problemi olan Samir Abasov cavab oyununda komandasına kömək edəcək.

0
0