Elnur Allahverdiyev: Lazım olsa, müdafiənin mərkəzində də oynayaram
05.07.2010 - 12:41
“Xəzər-Lənkəran”dan ayrılmaq fikrim yoxdur. Kim deyir ki, mən bu komandadan getmək istəyirəm? Lənkəran təmsilçisinə yeni gəlmişəm və bütün diqqətimi Moldovanın “Olimpiya” klubu ilə iyulun 8-də keçirəcəyimiz cavab görüşünə yönəltmişəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəəzr-Lənkəran” klubunun futbolçusu Elnur Allahverdiyev deyib.
Milli komandamızın da üzvü olan 27 yaşlı müdafiəçi mövsüm bitəndən sonra “Qarabağ”dan Lənkəran klubuna keçdi. Avroliqanın I təsnifat mərhələsində Moldovada “Olimpiya” ilə oyunda 90 dəqiqə meydanda olmaqla debüt edən Elnur indiki klubunu tez bir zamanda tərk etməyə əsas görmür: “Olimpiya” ilə ev oyununa həqiqətən də çox ciddi hazırlaşırıq. Lənkəranda havaların isti keçməsi də işgüzarlığımızı azaltmır, gündə iki dəfə məşq edirik. Məqsədimiz növbəti mərhələyə keçməkdir. Millətimizi, Azərbaycan xalqını uğurla sevindirmək istəyirik. Biz ilk növbədə onlar üçün oynayırıq. Futbolçularımız, o cümlədən hücumçumuz Zaur Ramazanov da yavaş-yavaş formaya düşür. İnanıram ki, Lənkəranda bizim üçün yaxşı nəticə olacaq”.
Heyətdə bir sıra problemi olan “Xəzər-Lənkəran”ın müdafiə xəttindəki itkiləri daha ciddidir. Yeni transfer olan mərkəz müdafiəçisi Davit İmedaşvili vətənində olduğundan, Lənkəranda hazırlığa qatılmayıb. Daha çox müdafiənin sol cinahında oynayan Allahverdiyev “Xəzər-Lənkəran”da sağ cinahda yer alıb. O, mövqe dəyişikliyinə özünü hazır sayıram: “Əlbəttə, lazım olarsa, müdafiənin mərkəzində də oynayaram. Fikrimcə, heyətdəki problemlər ciddi təsir etməməlidir. Komandamızda oynayan futbolçular yer alıb. Onların hamısı əsas heyətdə oynaya bilərlər. Lənkəranlı azarkeşləri sevindirməyi çox istəyirik. Bu, Lənkərandakı mərkəzi stadionunda ikinci beynəlxalq oyun olacaq. Birincisi, ötən ilin sentyabrında yığmamızın Finlandiya millisi ilə rəsmi oyunu idi ki, iştirak etdiyimi həmin görüşdə 1:2 hesabı ilə uduzmuşduq. İnşallah, bu dəfə Lənkəranda qələbə qazanarıq. Bu, bizim borcumuzdur”.

0
0