Lippert: Biz əcnəbilər gəldi-gedərik
05.07.2010 - 14:00
“Son iki ildə Azərbaycanda 250-dən çox məşqçi yetişdirmişik”. Apasport.az saytının xəbərinə görə, bunu AFFA-nın texniki direktoru Bernard Lippert bu gün “Elit məşq” layihəsi ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Almaniyalı mütəxəssisin fikrincə, məşqçilərin 30-dan çoxu UEFA-nın A, 100-dən artığı B və 120-si C kateqoriyalı lisenziyaya sahibdirlər. Lippert bu prosesin davam edəcəyini bildirib: “Bu gün U-16 və U-17 yığma komandalara azərbaycanlı baş məşqçilər rəhbərlik edir. U-15 milli komandasına da yerli mütəxəssis rəhbərlik edəcək. Yaxın günlərdə həmin məşqçi ilə müqavilə imzalanacaq və adı ictimaiyyətə açıqlanacaq. Artıq öz yerli məşqçiləriniz nəyə qadir olduqlarını göstərməlidirlər. Biz əcnəbilər gəldi-gedərik”.

0
0