“Neftçi” – “Otselul” oyununun vaxtı dəyişdirildi
05.07.2010 - 14:50
“Neftçi”nin Rumıniyanın “Otselul” klubu ilə iyulun 7-də keçirilməsi planlaşdırılan yoxlama oyununun vaxtı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, Avstriyadakı görüş hər iki komandanın razılığı ilə bir gün əvvəl baş tutacaq.
Tirol əyalətinin Erpfendorf qəsəbəsində məskunlaşan “ağ-qaralar” səhər məşqini “Kirhoff” stadionunda keçirib. Baş məşqçi Arif Əsədovun rəhbərliyi altında məşqə yüngül qaçışla başlayan futbolçular toplu çalışmalardan, müxtəlif taktiki gedişlərin tətbiqindən sonra, şərti olaraq “ağ” və “qırmızı”lara bölünərək ikitərəfli oyun keçirib. "Neftçi" ikinci məşqini eyni stadionda Bakı vaxtı ilə saat 21:00-da keçirəcək.
Qeyd edək ki, “Neftçi” Avstriyada ilk yoxlama oyununda Türkiyənin məşhur “Beşiktaş” klubu ilə 1:1 hesablı bərabərliyə qalıb.
Mənbə: neftchifc.com

- “Fənərbaxça”da İsmail Kartal dönəmi başa çatdı - RƏSMİ - YENİLƏNİB
- "Fənərbaxça"dan sonra “Qalatasaray” da açıqlama yaydı: “Sonda yenə yaxşılar qalib gələr”
- “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
0
0