“Qalatarasay”ın sabiq baş məşqçisi Mərakeş yığmasında
05.07.2010 - 15:12
“Qalatasaray” klubunun sabiq baş məşqçisi Erik Gerets iş yerini dəyişib. Apasport.az saytının məlumatına görə, təcrübəli belçikalı mütəxəssis Mərakeş yığmasının yeni baş məşqçisi təyin edilib.
Gerets bu postda Fransa yığmasını 2000-ci ildə Avropa çempionu edən Roje Lemyeri əvəzləyib. O, yeni işinə bu ilin noyabrında başlayacaq.
Qeyd edək ki, hazırda Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna rəhbərlik edən Gerets “Qalatasaray”ı 2005-07-ci illərdə çalışdırıb. 56 yaşlı mütəxəssis 2006-cı ildə “Cim Bom”la Türkiyə çempionluğunu qazanıb.

- “Fənərbaxça”da İsmail Kartal dönəmi başa çatdı - RƏSMİ - YENİLƏNİB
- "Fənərbaxça"dan sonra “Qalatasaray” da açıqlama yaydı: “Sonda yenə yaxşılar qalib gələr”
- “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
0
0