Portuqaliya mətbuatı Kuarejmanın “Neftçi”yə qarşı oyununa qiymət verdi
05.07.2010 - 15:39
Portuqaliya mətbuatı Kuarejmanın “Neftçi”yə qarşı oyununa qiymət verdi
Portuqaliya mətbuatı Rikardo Kuarejmanın Bakının “Neftçi” klubuna qarşı oyununa qiymət verib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı həmkarlarımız Türkiyənin “Beşiktaş” klubunda debüt edən yarımmüdafiəçidən gözlənilən oyunu görməyib.

Kuraejmanın Avstriyadakı yoxlama matçında çıxışı həmyerlilərini razı salmayıb: “Kuarejmanın “Nefçi” ilə görüşdəki səviyyəsi oyun praktikası sarıdan çatışmazlığını aşkar şəkildə göstərdi. Ulduz futbolçu forma yığmaq üçün daha çox çalışmalıdır. “Beşiktaş”lı azarkeşlərə səbirli olmağı tövsiyə edirik”.

Portuqaliyalı mətbuatı “Beşiktaş”ın “İnter”dən 7,3 milyon avroya transfer etdiyi Rikardonun yeni klubunda forma satışının indiki vəziyyətdə ümidləri doğrultmadığını yazır. Belə ki, “İsmət İnönü” stadionunda 25 min azarkeşin qatıldığı mərasimdə rəsmi müqavilə imzalayan futbolçunun bunun qarşılığında forma satışının heç 50 min olmadığı bildirilir.

Qeyd edək ki, “Beşiktaş”ın baş məşqçisi Bernd Şister də “Neftçi” ilə görüşdən komandasının oyunundan razı qalmayıb. O, görüşdən sonra futbolçuları ilə keçirdiyi toplantıda komandamızla 1:1 hesablı nəticənin önəmli olmadığını, daha çox oyun təşkilatçılağına diqqət yetirməyin vacibliyini bildirib.