AFFA yeni layihəyə start verdi
05.07.2010 - 17:26
Bu gün AFFA-nın Futbol akademiyasında “Elit məşq” layihəsinə həsr olunmuş mətbuat konfransı keçirilib. Apasport.az saytının xəbərinə görə, konfrans giriş sözü ilə açan AFFA-nın baş katibi Elxan Məmmədov layihənin məqsədini jurnalistlərin diqqətini çatdırdı: “Azərbaycan Futbol Federasiyaları Assossiasiyasının 3 əsas prioriteti var. Birincisi, kütləvi futbol, ikincisi, futbol təhsili, üçüncüsü isə infrastruktur yaratmaqdır. Texniki direktorumuz cənab Bernhard Lippert Azərbaycanda kütləvi futbolun inkişaf mərhələsinin yeni layihəsini hazırlayıb. Bu layihənin hazırlanmasına 8 ay əvvəldən başlanılıb. Bu layihə qısa zaman ərzində Bakıda və regionlarda həyata keçiriləcəkdir. Bildiyiniz kimi, 2 il əvvəl Almaniya Futbol İttifaqı ilə əməkdaşlıq müqaviləsi imzalamışıq. Həmin əməkdaşlıq müqaviləsi çərçivəsində Almaniya Futbol İttifaqı bizə dəstək oldu, bizim üçün çox sayda nəşrlər hazırladılar. Fürsətdən istifadə edərək onlara öz minnətdarlığımı bildirirəm. Onların sisteminə uyğun olaraq, biz də həmin sistemi Azərbaycan futboluna tətbiq edəcəyik”.
Daha sonra AFFA-nın Texniki direktoru Bernhard Lippert son 2 il ərzində ölkəmizdə uşaq futbolunun inkişafı ilə bağlı görülmüş işlər və həyata keçirilməsi planlaşdırılan layihələr barədə məlumat verdi: “Bu layihə qarşıdakı 8 ili əhatə edəcək və Azərbaycan futbolunun inkişafına öz töhfəsini verəcəkdir. Hər bir ölkənin güzgüsü onun yığma komandasıdır. Aşağı yaş qrupu üzrə millilərdə çalışan məşqçilərin əsas məqsədi Azərbaycan yığma komandasına hazır futbolçu verməkdir. Bu göstərici gəncləşdirmə siyasətində özünü doğruldur. Fəxrlə demək olar ki, son iki ildə U-19 və U-21 komandalarının formasını geyinmiş bir neçə futbolçu əsas yığmaya dəvət alıb. Bu ilk baxışdan əla göstəricidir, ancaq digər tərəfdən problemlərimizi üzə çıxarır. Layihənin əsas məqsədi, daha çox gənci futbol oynamağa cəlb etməkdir. Bildiyiniz kimi, 2 il əvvəl U-13, U-15 və U-17 liqası yaradıldı. Bu da oyunçuların sayının artmasına səbəb oldu. U-14 liqası da bu ildən yaradılacaq. Ötən müddət ərzində, bu liqalarda oynayanların sayı 2000 nəfərdən 9800 nəfərə qədər yüksəlib. Bu da təxminən 5 dəfə artım deməkdir. Bununla kifayətlənməməliyik. U-8 liqasınadək yaratmağa çalışmalıyıq. Artıq bu istiqamətdə ilk addım atılıb. Layihəmizin ikinci əsas özəyini təşkil edən məsələ məşqçilərin maarifləndirilməsidir.
Ötən 2 il ərzində 250 nəfərdən artıq məşqçi UEFA-nın A, B və C lisenziyalarına sahib olublar. Görülən tədbirlər nəticəsində təkcə məşqçilərin sayını artmasına deyil, həm klublarda, həm milli komandalarda çalışan məşqçilərin məşqçilik keyfiyyətlərinin artırılmasına nail olmuşuq. Bu inkişafdan xəbər verir. Hazırda U-16 və U-17 milli komandalarına yerli məşqçilər rəhbərlik edirlər. U-15 milli komandasını da çalışdıracaq yerli mütəxəssislə müqavilə imzalanmaq üzrədir. Bu sistem gələcək illər ərzində də davam etdirilməlidir. Çünki biz əcnəbilər ömrümüzün sonunadək burada olmayacağıq. Sadaladığımız bu iki məsələ - liqaların yaradılması və məşqçilərin maarifləndirilməsi layihənin özəyini təşkil edir. Bu sistem sayəsində istedadlı uşaqları daha sürətlə inkişaf etdirmək niyyətindəyik. Bu AFFA-nın yeni futbolçu yetişdirmək konsepsiyasıdır. İndi daha peşəkar səviyyədə oyunçu yetişdirmək prinsiplərindən istifadə edəcəyik. Çalışacağıq ki, bu yeni layihə Azərbaycanın bütün bölgələrini əhatə etsin. İlk olaraq 4 toplanış məntəqəsi müəyyənləşdirmişik – Bakı, Sumqayıt, Lənkəran və Gəncə. Daha sonra bunu Azərbaycanın bütün regionlarına yayacağıq. 3 mütəxəssis - 1 məşqçi və 2 seleksioner bir region üçün cavabdeh olacaq. Hər iki seleksioner baş məşqçinin köməkçisi olacaq. Həmin 3 nəfər AFFA qarşısında çalışdıqları regionda ən yaxşı oyunçuların tapıb üzə çıxarmaq cavabdehliyini üzərlərinə götürəcəklər. Bütün regionlarda iki yaş qrupu üzrə 11-13 və 14-16 yaşlarında oyunçular seçildikdən sonra hər yaş qrupunda başlanğıcda həftədə 1 dəfə olmaqla məşq keçiləcək. Çalışacağıq ki, sonradan məşqlərin sayını 2-yə çatdıraq. Bu layihənin məqsədi bundan ibarətdir: Birincisi, Azərbaycanda bütün istedadlı oyunçuların tapılıb üzə çıxarılmasıdır. Regionlarda çalışacaq məşqçilər təkcə 2 yaş qrupu üzrə futbolçuların oyunlarına baxmaqla kifayətlənməməli, yeri gələrsə, küçələrdə istedadlı uşaqlar axtarmalıdırlar.
Bu layihədə əsas məsələlərdən biri də oyunçuların fərdi şəkildə məşqlərlə məşğul olmalarıdır. Digər məqsəd həm texniki, həm də taktiki cəhətdən yaxşı hazırlanmış futbolçuların qısa zaman ərzində ərsəyə gətirilməsidir. Yəni oyunçuların yetişdirilməsinə daha aşağı yaş qruplarında başlayacağıq. Azərbaycanda oyunçuların çoxu gec yaşlarında futbola gəlirlər. Bu vaxta qədər liqalar yox idi, yarışlar az olurdu deyə onlar özlərini göstərə bilmirdilər. 10-12 yaş dövrü ən yaxşı öyrənilən dövrdür. Bu yaşda öyrəndiklərini heç vaxt yaddan çıxarmırlar. Məhz buna görə bu dövrü “Öyrənmənin qızıl dövrü” adlandırırlar. Biz AFFA olaraq, bu layihə ilə çoxlu sayda oyunçunun inkişafını daim göz önündə saxlaya biləcəyik. Misal üçün, 10 toplanış məntəqəsi yaratsaq və hər məntəqədə 40 futbolçu məşğul olarsa bu 400 oyunçu deməkdir. Toplanış məntəqələrində çalışan məşqçilər hər ay Texniki Departamentə hesabat verəcəklər. Bu yolla qızların da futbola olan marağını oyada bilərik. Bu layihənin ərsəyə gəlməsinə görə Almaniya Futbol İttifaqına borcluyuq. Layihənin ortaya çıxmasında 20 elmi işçi əmək sərf edib. Ötən il Almaniyanın U-17, U-19, U-21 milli komandalarının Avropa çempionu olmasını birbaşa bu layihə ilə əlaqələndirirlər. Sistemin şəbəkə şəkilində qurulması Azərbaycandakı istedadlı uşaqların ölkə futboluna cəlb olunmasını təmin edəcək. Layihənin həyata keçirilməsində dəstəyinə görə AFFA-nın prezidenti Rövnəq Abdullayevə təşəkkür edirəm. Ümid edirəm Azərbaycanın böyük futbol ailəsi bu işlərin bəhrəsini yaxın gələcəkdə görəcəkdir”.

0
0