“Simurq”un keçmiş hücumçusu “Muğan”la anlaşdı
05.07.2010 - 18:12
Yeni mövsümə hazırlaşan “Muğan” məşqlərini “Ədliyyə” stadionunda həyata keçirir. Apasport.az saytının xəbərinə görə, Salyan təmsilçisi bu gün heyətini daha bir oyunçu ilə gücləndirib.
Belə ki, “Muğan” azarkeşlərin “Simurq”dan yaxşı tanıdığı Nikolay Valev Petrovla müqavilə imzalayıb. 29 yaşlı hücumçu qarşıdakı 1 il ərzində “ağ-qırmızılar”ın formasını geyinəcək.
Xatırladaq ki, futbolçu 2010-cu ilin fevralından etibarən Bolqarıstanın “Slavia” komandasında çıxış edirdi. Karyerasının böyük hissəsini Bolqarıstanda keçirən forvard həmin ölkənin “Spertkavitsa”, “Spartak Varna”, “Çerno More” və “Slavia” kimi klublarında keçirib.
2010-cu ilin qış mövsümünə qədər “Simurq”un heyətində çıxış edən futbolçu 17 matç ərzində 2 qola imza atıb. Nikolay Petrov sabahdan etibarən “Muğan”ın düşərgəsində heyətlə birgə məşqlərini davam etdirəcək.

0
0