FİFA “Qızıl top”la “Brilyant top”u birləşdirdi
06.07.2010 - 09:40
Avropanın və dünyanın ən yaxşı futbolçularına verilən mükafatlar birləşdirilib. Apasport.az saytının məlumatına görə, “Qızıl top” mükafatı da bundan sonra FİFA-nın himayədarlığı altında təqdim olunacaq.
Məlum olduğu kimi, “France Football” jurnalının təsis etdiyi “Qızıl top” 1956-cı ildən Avropanın ən yaxşı futbolçularına verilir. Qalib jurnalistlər arasında sorğunun nəticəsi əsasında müəyyənləşir. Özü də 1995-ci ilə kimi qalib yalnız avropalı ola bilərdi. Sonradan isə əhatə dairəsi genişləndi və Avropada oynayan istənilən futbolçu “Qızıl top”u qazanmaq imkanı əldə edirdi. “France Frottball”ın məxsus olduğu “Amaury” nəşriyyat qrupunun rəhbəri Mari-Odil Amori ilə FİFA prezidenti Yozef Blatter arasında imzalanan sənədə əsasən, “Qızıl top”la dünyanın ən yaxşı futbolçusuna verilən “Brilyant top” birləşdirildi.
FİFA-nın bu mükafatı 1991-ci ildən verilir və qalib yığma komandaların baş məşqçiləri ilə kapitanları arasında keçirilən sorğunun nəticəsində bilinir. Blatter bildirib ki, bu iki müsabiqənin birləşməsi ideyası artıq neçə ildir havada uçurmuş. Artıq bunu reallaşdıran FİFA gələn ilin yanvarın 10-da mənzil-qərargahının yerləşdiyi Sürix şəhərində ilk dəfə yeganə laureatın adını açıqlayacaq. Bunu isə məşqçilər və kapitanlarla yanaşı, jurnalistlər də müəyyənləşdirəcək. Azərbaycanın da iştirak edəcəyi sorğuda qalibə FİFA-nın “Qızıl top”u veriləcək.

0
0