“Olimpiya”nın Lənkəran səfəri: xeyli yol, nəticə üçün hər şey
06.07.2010 - 10:49
“Xəzər-Lənkəran”ın Avroliqanın I təsnifat mərhələsində rəqibi olan Moldovanın “Olimpiya” klubu Azərbaycana gəlmək üçün xeyli əziyyət çəkəcək. Apasport.az saytının məlumatına görə, Nikolay Bunyanın baş məşqçisi olduğu komanda Kişinyovdan Bakıya birbaşa hava reysi olmadığı üçün Ukrayna paytaxtına gəlməlidir. Oradan Kiyev – Bakı reysi ilə ölkəmizə üz tutacaq “Olimpiya” paytaxtımızdan Lənkərana 250 km yol qət etməli olacaq.
Moldovanın son bürünc mükafatçı ölkəmizə yüksək əhval-ruhiyyədə gəlir. “Olimpiya”nın hər futbolçusu avrokuboklarda debüt mövsümündə lazımı nəticə qazanmaq üçün iyulun 8-də Lənkəranda keçiriləcək cavab görüşündə bütün güclərini meydanda qoymağa hazırdırlar. Bunyanın yetirmələri Avroliqanın II təsnifat mərhələsinə çıxmağa hədəfə alıb və məhz buna görə də Lənkərana bir qədər tez gəliblər. Moldovalılar oraya uyğunlaşmaq və cavab oyununa daha yaxşı hazırlaşmaq istəyirlər.

- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ
- “Fənərbaxça”da daha bir qəza – Bu dəfə Aziz Yıldırım - VİDEO
- “Qızıl top”u qazana bilməyən Lamin Yamal: “Mənim də zamanım gələcək”
- İsmail Kartal avtomobil qəzasına düşüb
0
0