“Araz”ın UEFA kubokunda rəqibləri bəlli oldu - YENİLƏNİB
06.07.2010 - 17:14
Azərbaycan çempionu “Araz” futzal klubunun UEFA kubokunda rəqibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu gün qitə futbol qurumunun Nyon şəhərindəki mənzil-qərargahında atılan püşkə əsasən 3-cü qrupda yer alan Naxçıvan təmsilçisinin rəqibləri “City Us Tarqu Mureş” (Rumıniya), “Nikars” (Latviya) və ilkin seçmə mərhələdə A qrupunun qalibi olacaq.
Bu qrupda Litvanın “Nautaras”, Ermənistanın “Kaqşi” və İrlandiyanın “Sportinq Finqal” komandaları yer alıb. İrəvan təmsilçisi A qrupunda qalib olarsa, komandamızla üz-üzə gələcək.
Qeyd edək ki, “Nikars” “Araz”a tanış rəqibdir. Komandamız ötən il Bakıda keçirilən UEFA kubokunun elit-raundunda latviyalıları darmadağın etmişdi – 7:1.
“Araz” oyunlarını sentyabrın 25-dən oktyabrın 3-dək keçirəcək.

- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ
- “Fənərbaxça”da daha bir qəza – Bu dəfə Aziz Yıldırım - VİDEO
- “Qızıl top”u qazana bilməyən Lamin Yamal: “Mənim də zamanım gələcək”
- İsmail Kartal avtomobil qəzasına düşüb
0
0