UEFA “Qarabağ”ın futbolçusunu sabah cəzalandıracaq
06.07.2010 - 11:32
UEFA Ağdamın “Qarabağ” klubunun albaniyalı futbolçusu Admir Teli ilə bağlı sabah qərar çıxaracaq. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində iyulun 1-də Bakıda Makedoniyanın “Metallurq” klubu ilə oyununun (4:1) 51-ci dəqiqəsində qırmızı vərəqə alaraq meydandan qovulan Admirin cəzası haqda hələ qərarını açıqlamayıb. Daha doğrusu, müdafiəçinin neçə oyunluq cəzalandırılacağı ilə bağlı UEFA Nizam-İntizam Komitəsinin qərarı sabah bilinəcək. Ancaq Teli qırmızı vərəqə aldığı üçün cavab oyununa aparılmayıb. Onun birbaşa qırmızı vərəqə aldığını nəzərə alsaq, minimum 2 oyunu buraxacağı realdır.
- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ
- “Fənərbaxça”da daha bir qəza – Bu dəfə Aziz Yıldırım - VİDEO
- “Qızıl top”u qazana bilməyən Lamin Yamal: “Mənim də zamanım gələcək”
- İsmail Kartal avtomobil qəzasına düşüb
0
0