Andrey Rubin “İnter”dən getdi
06.07.2010 - 13:01
Latviya yığmasının futbolçusu Andrey Rubin Bakının “İnter” klubunu tərk edib. Bu haqda apasport.az saytına Rubinin özü məlumat verib.
İstirahətdən qayıdandan sonra vətənindən birbaşa Bolqarıstana - “İnter”in hazırlıq keçdiyi məkana yollanan 32 yaşlı sol cinah yarımmüdafiəçisi artıq Bakıya qayıdıb: “Hazırda Bakıdayam, “İnter”lə müqaviləmin müddətinin bitməsini gözləyirdim. Vaxt artıq başa çatdı və mən də bu komandada qalmaq istəmədiyimdən, düşərgəni tərk etdim. İndi başqa komandaya keçidimin həllini gözləyirəm. Bu işlə menecerim məşğul olur”.
“İnter”in baş menecerinin müavini Kamran İsmayılov isə apasport.az saytına açıqlamasında bildirib ki, Rubinin transfer hüquqları hazırda onlara məxsusdur. Latviyalı futbolçu bu məsələyə də aydınlıq gətirib: “Hazırda müqavilə məsələləri ilə bağlı danışıqlar gedir. Komandanın prezidenti Georgi Nikolov Bolqarıstandadır, onun qayıtmasını gözləyirik. Onunla telefonla danışmışıq. Ümid edirəm ki, gedişimə əngəl törətməyəcəklər. Mən bu komandada iki ildə qazandığımın qarşılığını öz oyunumla verdim. Onlar bu haqda necə düşünərlərsə, özləri bilərlər. Hazırda bir variantım var ki, bu da “Qarabağ” klubuna keçməkdir. Ümid edirəm ki, “Qarabağ” məni transfer edəcək”. Rubin “İnter”in heyətində əvvəl çempionatımızın gümüş, növbəti il qızıl medalını qazanıb.
Qeyd edək ki, Avroliqada II təsnifat mərhələsinə çıxmaq vəzifəsini böyük ölçüdə həll edən “Qarabağ” həmin vaxt iştirak ərizəsinə yeni futbolçunun adını daxil edə bilər.
Mehman SÜLEYMANOV

0
0