“Turan” Gürcüstandan futbolçu gətirdi
06.07.2010 - 13:19
Yeni mövsümün hazırlığını Tovuzda keçirən “Turan” heyətini komplektləşdirməyə çalışır. Apasport.az saytının xəbərinə görə, braziliyalı pleymeyker Marko Tuyibo ilə müqavilə imzalayacaq əyalət təmsilçisinin düşərgəsində 2 gürcüstanlı futbolçu baxışdadır.
Dünən Tovuza gələn hər iki oyunçu yarımmüdafiəçidir. Onların komandada qalıb-qalmayacağına yaxın günlərdə qərar verəcək. Bundan başqa, qərb təmsilçisi yerli futbolçu da sınayır. Söhbət “Qarabağ” klubunun və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının müdafiəçisi Şəhriyar Xəlilovdan gedir.
Qeyd edək ki, “Turan” ölkə xaricində təlim-məşq toplanışı keçirməyi planlaşdırıb. Tovuz təmsilçisinin iyulun 17-də Latviyaya yola düşəcəyi gözlənilir.

- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ
- “Fənərbaxça”da daha bir qəza – Bu dəfə Aziz Yıldırım - VİDEO
- “Qızıl top”u qazana bilməyən Lamin Yamal: “Mənim də zamanım gələcək”
- İsmail Kartal avtomobil qəzasına düşüb
0
0