Mahir Şükürov “Dinamo”da oynaya bilməz!
06.07.2010 - 13:48
Rusiya Futbol İttifaqı (RFİ) Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun formasını geyindiyi “Anji” klubuna ağır cəza verib. Apasport.az saytının məlumatına görə, Mahaçqala təmsilçisi növbəti ev oyunlarını əvvəlki kimi “Dinamo” stadionunda deyil, başqa arenada keçirməli olacaq.
Buna səbəb RFİ-nin stadionların sertifikatlaşması komissiyasının növbədənkənar iclasında “Dinamo” ilə bağlı çıxarılan qərardır. Qərarda göstərilib ki, həmin arenaya cari ilin martın 25-də verilən sertifikat qüvvədən düşüb. Bu, stadionların könüllü sertifikatlaşması ilə bağlı funksional sistemi qaydalarının müvafiq bəndləri ilə bağlı həyata keçirilib. Həmin sənəd 2005-ci ilin yanvarın 27-də RFİ-nin İcraiyyə Komitəsinin qərarı ilə təsdiqlənib.

0
0