“İnter” Bakıya qayıdır
06.07.2010 - 14:00
“İnter” klubu hazırda təlim-məşq toplanışında olduğu Bolqarıstanı tərk edir. Bu barədə apasport.az saytına komandanın baş menecerinin müavini Kamran İsmayılov məlumat verib. Onun sözlərinə görə, bəzi futbolçuların bu gün, digərlərinin isə sabah Bakıya qayıtması nəzərdə tutulub: “Dünən “Lokomotiv”lə yoxlama matçında meydana çıxanlar artıq Bakıya qayıdırlar. Bu gün Bolqarıstanın “Çerno More” klubu ilə yoxlama oyunumuz var. Həmin görüşdə iştirak edənlərin hamısı sabah Azərbaycanda olacaq”.
Çempionlar Liqasında mübarizə aparacaq “İnter”ə iştirak ərizəsini UEFA-ya göndərmək üçün iyulun 5-dək vaxt verilmişdi. Bu, o deməkdir ki, paytaxt təmsilçisi artıq sifariş vərəqəsini İsveçrəyə yollamalı idi. Ancaq İsmayılov məsələyə belə aydınlıq gətirib: “UEFA bu tarixi iyulun 8-dək təyin edib. Həmin vaxtadək iştirak ərizəsini göndərə bilərik. Oyuna bir sutka qalmış isə daha bir futbolçunu sifariş edə bilərik”.
Qeyd edək ki, “İnter” Çempionlar Liqasında Polşanın “Lex” klubu ilə ilk oyununu iyulun 13-də Bakıda keçirəcək.

- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ
- “Fənərbaxça”da daha bir qəza – Bu dəfə Aziz Yıldırım - VİDEO
- “Qızıl top”u qazana bilməyən Lamin Yamal: “Mənim də zamanım gələcək”
- İsmail Kartal avtomobil qəzasına düşüb
0
0