“İnşallah, “Xəzər-Lənkəran” da mərhələ adlayar”
06.07.2010 - 17:00
“Hazırlığımız davam edir. Komanda oyuna hazır olmağa çalışır. İnşallah, nəticə istədiyimiz kimi alınacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib.
Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “Olimpiya”nı qəbul edəcək Lənkəran təmsilçisi məşqlərini fasiləsiz davam etdirir. Bu oyunda ancaq qələbə qazanmaq istəyi ilə alışıb-yanan “ağ-yaşıllar”ın baş məşqçisi əsasən rəqibin əks-hücumlarından ehtiyatlanır: “Rəqib əks-hücumda təhlükəlidir. Sağ cinah və mərkəz yarımmüdafiəçiləri sürətli oyunları ilə seçilirlər. Rəqibin heyətində Georgi Ovsyannikov və Jan Robens Jeromi fərqləndirərdim. Buna baxmayaraq, biz ancaq qələbə haqqında düşünürük. İnşallah, “Xəzər-Lənkəran” tarixində ilk dəfə mərhələ adlayar”.
Heyətdəki itkilər barədə danışan Mircavadov Dieqo Souzanın meydana çıxmayacağını bildirib: “Onun ailə problemləri var. Braziliyadadır və iyulun 7-də Bakıya gələcək. Ancaq oynamayacaq, çünki hazır deyil. Kristian Kabralın da ayağında ağrılar var. Oynayacağı dəqiq deyil”.
Qeyd edək ki, iyulun 1-də Kişinyovda keçirilmiş “Olimpiya” – “Xəzər-Lənkəran” matçında qalib müəyyənləşməyib – 0:0.

- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ
- “Fənərbaxça”da daha bir qəza – Bu dəfə Aziz Yıldırım - VİDEO
- “Qızıl top”u qazana bilməyən Lamin Yamal: “Mənim də zamanım gələcək”
- İsmail Kartal avtomobil qəzasına düşüb
0
0