“Qarabağ” Makedoniyadadır
06.07.2010 - 17:25
Azərbaycanı Avropa Liqasında təmsil edən “Qarabağ” klubu Makedoniyaya çatıb. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi turnirin I təsnifat mərhələsində “Metallurq”la cavab oyununa bu gün səhər Bakı-İstanbul – Skopye hava reysi ilə yollanıb.
Təmsilçimiz Makedoniya paytaxtında beş ulduzlu “Aleksandr” otelində qalacaq. Bu otel oyunun keçiriləcəyi stadiondan 500 metr aralıda yerləşir. “Qarabağ” axşam saatlarında Skopyedə məşqə çıxacaq. Sonuncu məşq isə sabah yerli vaxtla 17:00-da olacaq.
Qeyd edək ki, ağdamlılar səfərə albaniyalı legionerləri Admir Teli və Ansi Aqolli yanaşı, Ayxan Abbasovu da aparmayıb. Admir ilk oyunda qırmızı vərəqə aldığından cəzalıdır. Ansi Tofiq Bəhramov adına Respublika stadionunda ikitərəfli oyunda əzələsini dartıb, Ayxan isə topuğunu zədələyib.
Bir müddət komandadan ayrı düşəcək futbolçulara Bakıda xüsusi məşq keçiriləcək.

0
0