Vüsal Hüseynov: Digər komandaya keçidim müzakirə mövzusu deyil
06.07.2010 - 17:47
“Mən klubla müqaviləmi yeniləmişəm və növbəti 1 ildə bu komandanın şərəfini qoruyacağam. Hazırda digər komandaya keçidim müzakirə mövzusu deyil”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Muğan” klubunun futbolçusu Vüsal Hüseynov deyib.
Vaxtilə Azərbaycan yığmasına da cəlb olan yarımmüdafiəçi digər klubda hazırlığa qatılması, transferi ilə bağlı danışıqların getməsinə münasibətini bildirib: “Muğan”ın heyətində məşqlərə qatılıram. Heyətimiz kifayət qədər güclənib və indi ancaq gələn mövsümdə çıxışım barədə düşünürəm. Hədəfimiz ilk “altılığ”a düşməkdir və bizi qarşıda çətin sınaq gözləyir”.
Komandanın digər yarımmüdafiəçisi Zaur Əsədov da başqa kluba keçidi ilə deyilənləri təkzib edib. O, “Muğan”la müqaviləsinin müddətinin hələ bitmədiyini söyləyib: “Digər kluba transfer barədə düşünmürəm. Heyətdə hazırlıqlara qatılıram. Komandamız kifayət qədər komplektləşib və bu məni bir futbolçu kimi çox sevindirir. Yeni mövsümdə qarşımıza konkret hədəflər qoymuşuq. Futbolçu kimi növbəti mövsümdəki hədəflərimiz və komandadakı çıxışım barədə düşünməyim daha doğrudur. Növbəti mövsüm yoluma “Muğan”da davam edəcəyəm. Ümid edirəm ki, yeni mövsümdə nəzərdə tutduğumuz nəticələri əldə edəcəyik”.

- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ
- “Fənərbaxça”da daha bir qəza – Bu dəfə Aziz Yıldırım - VİDEO
- “Qızıl top”u qazana bilməyən Lamin Yamal: “Mənim də zamanım gələcək”
- İsmail Kartal avtomobil qəzasına düşüb
0
0