Azərbaycan yığması ilk məğlubiyyətini aldı
06.07.2010 - 22:28
16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Almaniyanın Duysburq şəhərində təşkil olunan turnirdə növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, ilk iki matçda qələbə qazanan Təbriz Həsənovun yetirmələri III turda Niedersahen yığması ilə görüşüblər. Bu tura qədər liderlik edən futbolçularımız Almaniya təmsilçisi ilə oyunda ilk məğlubiyyətlərini alıblar – 0:1.
Bu məğlubiyyətdən sonra yığmamız 4-cü pilləyə yuvarlanıb. Komandamız IV turda üçüncü pillədə qərarlaşan “Mittelreyn” ilə qarşılaşacaq. Bu komandanın hesabında 2 qələbə və 1 heç-heçə var.
Qeyd edək ki, turnirdə 22 komanda iştirak edir.

- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ
- “Fənərbaxça”da daha bir qəza – Bu dəfə Aziz Yıldırım - VİDEO
- “Qızıl top”u qazana bilməyən Lamin Yamal: “Mənim də zamanım gələcək”
- İsmail Kartal avtomobil qəzasına düşüb
0
0