Vaqif Cavadov üçün yeni məşqçi
06.07.2010 - 23:09
Həmyerlimiz Vaqif Cavadovun çıxış etdiyi Hollandiyanın “Tvente” klubunda yeni təyinat rəsmiləşib. Apasport.az saytının məlumatına görə, bundan sonra Martin Huizinq də Enshede təmsilçisinin məşqçilər korpusunda yer alacaq.
O, komandanın fiziki hazırlıq üzrə çalışdırıcısı təyin olunub. Huizinq Alessandro Şumeykerin “Tvente”ni tərk etməsindən sonra boş qalan posta sahib çıxıb.
Qeyd edək ki, Şumeyker “Tvente”ni çempion etdikdən sonra Hollandiyanı tərk edən Stiv Maklarenin komandasında yer almışdı. O, ingilis mütəxəssislə birlikdə Almaniyanın “Volfsburq” klubuna keçib.

- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ
- “Fənərbaxça”da daha bir qəza – Bu dəfə Aziz Yıldırım - VİDEO
- “Qızıl top”u qazana bilməyən Lamin Yamal: “Mənim də zamanım gələcək”
- İsmail Kartal avtomobil qəzasına düşüb
0
0