“Neftçi” Rumıniya klubuna böyük hesabla uduzdu
06.07.2010 - 23:02
Avstriyada təlim-məşq toplanışında olan Bakının “Neftçi” klubu ikinci yoxlama matçında qüvvəsini sınayıb. Apasport.az saytının xəbərinə görə, paytaxt təmsilçisinin bu dəfəki rəqibi Rumıniyanın "Otselul" komandası olub.
Almaniyanın Münhen şəhəri yaxınlığında baş tutan görüşdə rəqib komanda 3:0 hesabı ilə qalib gəlib. Amma bunda oyunu idarə edən rumıniyalı hakimlərin rolu az olmayıb. Belə ki, referi qaydalar çərçivəsində vurulmayan ilk qolu səhvən qeydə alıb. Üstəlik, "Otselul" ikinci qolu rumın hakimin təyin etdiyi şübhəli penaltidən sonra vurub. Bu azmış kimi, baş hakim "Neftçi"nin yarımmüdafiəçisi Rəşad Abdullayevə qırmızı vərəqə göstərib.
Düzdür, fit sahibi oyunun yoldaşlıq xarakter daşıdığını nəzərə alaraq, Rəşadın əvəzinə meydana Araz Abdullayevin daxil olmasına imkan verib və "Neftçi" görüşü 11 nəfərlə davam etdirib. Bununla belə, "Otselul" fasilədən sonra daha bir qol vuraraq, hesabı 3:0-a çatdırıb.
Xatırladaq ki, "Neftçi" bu təlim-məşq toplanışındakı ilk yoldaşlıq oyununda "Beşiktaş"la heç-heçə oynamışdı - 1:1.

0
0