Jabanın qolları qələbə gətirdi
07.07.2010 - 09:04
Jabanın qolları qələbə gətirdi
Azərbaycan kubokunun son qalibi olan “Bakı” klubu Almaniyadakı hazırlıq prosesində ikinci qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, “Stad de Frontier” stadionunda Lüksemburq çempionu “Jenes Eş”in qonağı olan komandamız 2:0 hesabı ilə qələbə qazanıb.

Bu, Jabanın dublu sayəsində reallaşıb. İlk hissədə fərdi ustalıq və sürətli keçid sayəsində hesabı açan braziliyalı hücumçu fasilədən sonra penalti zərbəsindən qol vurub. “Bakı”nın almaniyalı baş məşqçisi Vinfderd Şafer lüksemburqlularla görüşdə aşağıdakı futbolçulara şans verib:

23. Xalidu Sissoko, 4. Vadim Borets, 6. Dare Nibombe (3. Rafael Əmirbəyov), 8. Ernad Skuliç, 10. Joel Epalle (27. Bəxtiyar Soltanov), 12. Vyaçeslav Sofroni (11. Adnan Bərəkət), 20. Fabio Luis Ramim, 30. İbrahim Kargbo (21. Emin Cəfərquliyev), 32. Aleksey Savinov, 77. Aleksandr Soliç (16. Hacı Əhmədov), 85. Jaba

Qeyd edək ki, Avroliqada çıxış edəcək “Bakı” Bitburq şəhərindəki təlim-məşq toplanışında sonuncu yoxlama oyununu sabah Bundesliqa təmsilçisi “Köln” klubu ilə keçirəcək.