“Bakı” Hollandiyanın “Villem II” klubundan futbolçu transfer etdi
07.07.2010 - 09:15
“Bakı” Hollandiyanın “Villem II” klubundan futbolçu transfer etdi
Azərbaycanı Avroliqada təmsil edəcək “Bakı” klubu növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, son ölkə kubokunun qalibi Syerra-Leone yığmasının kapitanı İbrahim Kargbo ilə bir illik müqavilə imzalayıb.

Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən 28 yaşlı legioner Hollandiyanın “Villem II” klubundan gəlib. İbrahim buna qədər Belçikada “Brüssel” və “Şarleua”, Türkiyədə “Malatyaspor”da oynayıb. “Bakı”da 30 nömrəli formanı geyən Karqbonun debütü Lüksemburq çempionu “Jeness Eş”ə 2:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunu olub. O, ölkəsinin Azərbaycanda oynacaq ilk futbolçusu kimi tarixə düşdü.

Qeyd edək ki, “Bakı” mövsümlərarası fasilədə Toqo yığmasının vitse-kapitanı Dare Nibombe, “Bohum”dan gələn Kamerun millisinin sabiq futbolçusu Joel Epalle, “Xəzər-Lənkəran”dan tanıdığımız braziliyalı yarımmüdafiəçi Juninyo Osvaldo və “Neftçi”nin, yığmamızın sabiq müdafiəçisi Emin Cəfərquliyevi transfer edib.

Mənbə: fcbaku.com