Muntyanu: “Neftçi” ilə oyundakı hesab heç kimi çaşdırmasın
07.07.2010 - 10:22
“Əvvəlcə onu qeyd edim ki, hesab heç kimi çaşdırmasın. Çünki hazırlıq matçlarında nəticə vacib deyil. Yoxlama görüşlərini keçirməkdə məqsəd komandanın hazırlıq səviyyəsini sınamaqdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rumıniyanın “Otselul” klubunun baş məşqçisi Dorinel Muntyanu “Neftçi” ilə Avstriyada keçirdikləri yoxlama oyununda sonra deyib.
Ölkəsinin yüksək liqasında çıxış edən komanda bakılılarla oyunda Qabi, Marian və Buşun vurduğu qollarla qələbə qazanıb – 3:0. Ötənlərin məşhur futbolçusu, Rumıniya yığmasında oynamış Muntyanu Avstriyada uzun müddətdir hazırlıq keçmələrini üstünlük sayır: “Biz artıq xeyli müddətdir buradayıq. Demək olar ki, hazırlığımızı tamamlamışıq. Konkret "Neftçi" ilə oyuna gəlincə, çətin olacağını bilirdik. Rəqib bu görüşdən cəmi 3 gün əvvəl Türkiyənin ən güclü klublarından biri "Beşiktaş"la gözəl oyun nümayiş etdirmişdi. Əvvəlcədən bu komanda ilə oynayacağımızı bildiyimiz üçün oyuna ciddi hazırlaşırdıq. Növbəti mövsümdə klub rəhbərliyi tərəfindən qarşımıza avrokuboklara düşmək vəzifəsi qoyulub. Bunun üçün "Neftçi" kimi güclü komanda ilə matçda komandamın nəyə qadir olduğuna baxmaq imkanım oldu".

0
0