“Xəzər-Lənkəran” “Olimpiya” ilə oyuna tam hazırdır”
07.07.2010 - 23:00
“Xəzər-Lənkəran” “Olimpiya” ilə oyuna tam hazırdır”
“Komanda oyuna demək olar ki, tam hazırdır”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində bu gün “Olimpiya” ilə qarşılaşacaq “Xəzər-Lənkəran” doğma meydanda qələbə qazanmaq niyyətindədir. Əyalət təmsilçisinin bu oyunda əsas üstünlüyü matçı doğma azarkeşlər önündə keçirməsidir. Elə klub rəsmisi də bu amilin qələbə qazanmalarında həlledici məqamlardan olacağını istisna etməyib: “Ancaq qələbə haqqında düşünürük. Doğma meydanda ilk beynəlxalq oyunumuzdur. Görüşü 15 min azarkeş izləyəcək. Onların dəstəyi qələbə qazanmağımızda böyük pay sahibi olacaq. Tək komandada yox, şəhərdə bayram əhval-ruhiyyəsi var”.