Dieqo Maradonaya heykəl qoyulacaq
07.07.2010 - 11:38
Argentina yığmasının baş məşqçisi Dieqo Maradonanın heykəli qoyulacaq. Apasport.az saytının məlumatına görə, paytaxt Buenos-Ayresin cənubunda əfsanəvi futbolçunun abidəsinin ucaldılması ilə qanun layihəsi parlamentə daxil olub.
Bunun təşəbbüskarı deputat Xuan Kabande olub: “Maradona sosial fenomenə, Argentinanın xalq mədəniyyətinin ikonasına çevrilib... Dieqonun çatışmazlıqları istənilən insanın səhv edə bilməsi kimidir. O, döyüşçü ruhu nümayiş etdirdi. Sadə insanlar Maradonanın yalnız idman göstəricilərini görmür, onun xidmətlərini də nəzərə alır. Dieqo həmişə işsizlərin müdafiəsinə qalxıb”.
Qeyd edək ki, heykəlin Maradonanın 1960-cı il oktyabrın 30-da anadan olduğu Puente-la-Noriya rayonunda inşa edilməsi planlaşdırılır.

0
0