“3 gündən sonra sözümü deyəcəm” - FOTO
07.07.2010 - 13:39
“3 gündən sonra sözümü deyəcəm” - FOTO
“Hələ heç bir klubda məşq etmirəm. Sadəcə, çalışmalarımı fərdi şəkildə davam etdirirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında sön mövsümü “Turan” klubunun heyətində keçirən Ruslan Abbasov deyib.

Bir vaxtlar “Neftçi”nin heyətində nümayiş etdirdiyi parlaq oyunla göz oxşayan sol cinah müdafiəçisi hətta yığmanın da formasını geyinməyə nail oldu. Daha sonra “İnter”ə transfer olan Abbasov ümidləri doğrultmadığından, əsas heyətdəki yerini də itirdi.

Sonradan çətin vəziyyət düşən “Turan”a kömək etmək məqsədilə ilk klubunun düşərgəsinə yollanan Ruslan son il yarımı orada keçirib. Hazırda klubsuz qalan müdafiəçi bir neçə təklif alsa da, qərar verməyə tələsmir: “İyulun 10-da hansı komandaya keçəcəyimi bilirəm. “Turan” da qalmağımı istəyir. Ancaq başqa variantlar da var. Sadəcə, qərar verməyə tələsmirəm. 3 gündən sonra sözümü deyəcəm”.