AFFA rəhbərliyi milli komandanı təbrik etdi
07.07.2010 - 14:10
AFFA rəhbərliyi milli komandanı təbrik etdi
Slovakiyanın Preşov şəhərində beynəlxalq turnirdə üçüncü yeri tutmuş eşitməqüsurlu futbolçulardan təşkil olunmuş 16 yaşadək futbolçulardan ibarət milli komandanın üzvləri ilə bu gün AFFA-nın inzibati binasında görüş keçirilib. Apasport.az-ın AFFA-nın saytına istinadən xəbərinə görə, baş katib Elxan Məmmədov millinin baş məşqşçisi Elşad İbrahimlini və futbolçuları qazanılmış müvəffəqiyyət münasibətilə AFFA rəhbərliyi adından təbrik edib, qarşıdakı yarışlarda da komandamıza uğurlar arzulayıb. Görüşün sonunda millinin üzvlərinə hədiyyələr təqdim olunub.

Xatırladaq ki, Slovakiyada keçirilən turnirdə millimiz Rumıniya (7:1), Bolqarıstan (6:0), Makedoniya (5:1) və Polşa (4:0) komandalarına qalib gəlmiş, Rusiya yığması ilə isə heç-heçə etmişdi - 2:2. Qrup oyunlarını məğlubiyyətsiz başa vuran komandamız yalnız yarımfinalda Ukrayna yığmasına məğlub olmuşdu. Üçüncü yer uğrunda oyunda isə millimiz Rumıniya yığmasını 7:2 hesabı ilə məğlubiyyətə uğratmışdı.