UEFA “Qarabağ”ın apelyasiyasını qəbul etmədi
07.07.2010 - 14:59
UEFA “Qarabağ”ın albaniyalı müdafiəçisi Admir Teli haqda qərar çıxarıb. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumunun Nizam-İntizam Komitəsi Avroliqanın I təsnifat mərhələsinin “Metallurq”la Bakıdakı görüşündə (4:1) birbaşa qırmızı vərəqə alan legionerə iki oyunluq cəza verib.
Meydandan qovulanadək Admirin hesabında bir sarı vərəqə olsa da, rumıniyalı baş hakim İştvan Kovaç ona ikinci sarı yox, birbaşa qırmızı vərəqə göstərdi. Bu isə nəzərdə tutulan qaydaya görə, futbolçunun ən azı iki oyunluq cəzalanması deməkdir.
“Qarabağ” baş hakimin qərarından narazı qaldığı üçün apelyasiya versə də, UEFA nəzərdə tutulan intizam tədbirini dəyişməyib. Bu səbəbdən Teli komandasının “Metallurq”la sabahkı görüşünü və ikinci mərhələdə ilk oyunu buraxacaq. Onu müdafiənin mərkəzində Bakıdakı görüşdə olduğu kimi, yığmamızın üzvü Samir Abasovun əvəzləyəcəyi gözlənilir.

0
0