“Lex”in iki zədəli futbolçusu var - FOTO
07.07.2010 - 15:15
“Lex”in iki zədəli futbolçusu var - FOTO
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “İnter” klubu Bolqarıstandakı təlim-məşq toplanışını başa vuraraq Bakıya dönüb. Apasport.az saytının xəbərinə görə, komandamızın Avropanın bir nömrəli klub turnirindəki rəqibi olan “Lex” isə Avstriyada hazırlığını davam etdirir. Məşqlərin ağır keçməsi təbii ki, futbolçulara mənfi yöndə öz təsirini göstərir.

Belə ki, Polşa çempionunun iki üzvü zədədən əziyyət çəkir. Klubun rəsmi saytının yaydığı xəbərə görə, Martin Kikut və Xristofer Xrapek zədəli olduqlarından komanda ilə birgə məşq etmirlər. Təcrübəli müdafiəçi Martinin məşq prosesində ayaq biləyi burxulub. Həkimlərin futbolçunun ciddi bir şeyi olmadığını bildiriblər. Fərdi məşqlərlə məşğul olan Martin yaxın günlərdə komanda ilə birgə məşqlərə qoşulacaq.

Polşa təmsilçisinin digər zədəli futbolçusu Xristofer Xrapekdir. Komandanın Avstriyadakı təlim-məşq toplanışına qatılan Xrapek komandadan ayrı çalışır. Klubun həkimi Andrey Pida Xrapekin zədəsinin qısa zamanda sağalmasının asan olmadığını deyib: “Onun zədəsini müalicə etmək heç də asan deyil. Tam sağalması üçün müəyyən qədər vaxta ehtiyac var. Apardığımız testlər müalicənin uğurlu getdiyini göstrərir”.

Bu arada zədəsi ilə bağlı klubun rəsmi saytına açıqlama verən hücumçu fərdi məşqlərin zədəsinin daha tez sağalmasına səbəb olduğunu deyib: “Hələlik fərdi məşq edirəm. Həkimlərin göstərişi ilə yerinə yetirdiyim təmrinlər zədəmin daha tez sağalmasına kömək edir. Fizioterapevt nəzarəti altında çiynimdən müalicə alıram”.